Litva və Estoniya Ukrayna üçün ABŞ silahlarının alınmasına 42 milyon dollar ayıracaq

Litva və Estoniya Ukrayna üçün ABŞ silahlarının alınmasına 42 milyon dollar ayıracaq
DÜNYA
18:25 15.10.2025
110
Ukrayna üçün ABŞ-dan silah almaq üçün Litva 30 milyon, Estoniya isə 12 milyon dollar ayıracaq.

Bu barədə hər iki ölkənin müdafiə nazirləri NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı bildirilib.

Estoniya müdafiə naziri Hanno Pevkur son vaxtlar Ukraynaya edilən hərbi yardımın azalmasının ölkənin müdafiə qabiliyyətini zəiflədə biləcəyini bildirib.

"Buna görə də qərar verdik ki, bu həftə artıq etdiklərimizə əlavə olaraq, on milyonlarla avro dəyərində çoxsaylı pilotsuz uçuş aparatları da göndərək,” — nazir bildirib.
 
apa
OXŞAR XƏBƏRLƏR