Litvada Rusiyanın üç vətəndaşı barəsində cinayət işi açılıb

Litvada Rusiyanın üç vətəndaşı barəsində cinayət işi açılıb
DÜNYA
20:03 12.06.2023
191
Litvanın Baş Prokurorluğunda 3 Rusiya vətəndaşı - Vladimir Solovyov, Olqa Skabeyeva və Anton Krasovski barəsində cinayət işi açılıb.

Onlar Ukraynadakı müharibə ilə bağlı insanlıq əleyhinə təbliğat aparmaqda ittiham olunurlar.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlanılıb.

Cinayət işləri məhkəməyə göndərilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR