Livan İranın maddi yardımından imtina etdi

Livan İranın maddi yardımından imtina etdi
DÜNYA
22:16 11.10.2025
276
Tehran Beyruta 60 milyon dollarlıq yardım təklif edib, lakin Livan hökuməti bu yardımı qəbul etməkdən imtina edib.

Bunu İranın Livandakı səfiri Müctəba Əmani bildirib.

Onun sözlərinə görə, Livan rəsmiləri bu qərarı beynəlxalq sanksiyalardan çəkinməklə əsaslandırıblar. Səfir bu mövqeyi tənqid edərək qeyd edib ki, ABŞ-nin Livana verdiyi yardım vədləri artıq üç ildir yerinə yetirilmir.

Diplomat əlavə edib ki, İranın təklif etdiyi yardım iqtisadi və sosial böhran şəraitində ölkə əhalisinin bir sıra problemlərinin həllinə kömək edə bilərdi.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR