Livan İsrailə raket yağdırdı

Livan İsrailə raket yağdırdı
DÜNYA
23:58 06.08.2024
316
Livandan İsrail ərazisinə azı 30 raket atılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, onların bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Raket hücumu nəticəsində itki yoxdur.

Bu barədə İsrail ordunun mətbuat xidməti məlumat yayıb.

"Hazırda İsrail yanğınsöndürmə xidmətləri raket hücumlarından sonra bir sıra bölgələrdə baş vermiş yanğınların söndürülməsi üzərində işləyir", - deyə hərbçilər bildiriblər.
OXŞAR XƏBƏRLƏR