"Nyu-York Jets"in baş məşqçisi Robert Salehin işdən çıxarılması müzakirələrə səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, NFL-in ilk müsəlman məşqçisi olan Saleh zəif performansa görə işdən çıxarılıb.
Onun Livan nişanı taxdıqdan sonra işdən çıxarılması irq və din məsələlərini gündəmə gətirib.
İşdən çıxarılma prosesində baş verənlər müzakirə mövzusuna çevrilib. Bəzi mənbələrə görə, Saleh mühafizəçilərin müşayiəti ilə komandanın binasından çıxarılıb. Bu vəziyyət CAIR tərəfindən "qeyri-adi düşmənçilik" olaraq xarakterizə edilib.
Xüsusilə, komanda sahibi Vudi Consonun Tramp administrasiyasının keçmiş rəsmisi olması və daha əvvəl irqçi bəyanatlarla ittiham olunması, Salehin işdən çıxarılmasının performansa əsaslanan bir qərar olduğunu ifadə etdi.
Gülay