Fələstin-İsrail müharibəsinin bölgəyə, o cümlədən Livana sıçrayacağı ilə bağlı narahatlıqlar artdıqca, anti-İsrail təşkilatlarının liderləri Livanda bir araya gəlib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Livanın "Əl Manar" televiziyası məlumat yayıb.
Bildirilib ki, HƏMAS rəhbəri Salih əl Aruri və İslami Cihadın lideri Ziyad əl Nakhala ilə görüşən Nəsrullah anti-İsrail cəbhəsinin izləyəcəyi strategiyanı müzakirə edib.
Qeyd olunub ki, görüşdə müqavimət cəbhəsinin Qəzzada İsrailə qarşı qələbə qazanmaq üçün müharibədə və beynəlxalq arenada istifadə edəcəyi üsullar müzakirə edilib.
Mikayıl