Livanda baş verən toqquşmalarda yaralanan İsrail əsgəri öldü

DÜNYA
14:17 08.11.2024
171
İsrail ordusu qurudan hücuma keçdiyi Livanın cənubunda baş verən qarşıdurmada yaralanan əsgərlərindən birinin öldüyünü açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ordudan verilən açıqlamada oktyabrın 26-da Livanın cənubunda baş verən qarşıdurmalarda Guy Şabtay adlı əsgərin yaralandığı bildirilib.

Ağır yaralanan Şabtayın İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Şabtayın ağır yaralandığı qarşıdurmada daha 5 İsrail əsgəri həlak olub.

İsrail hakimiyyəti Livandakı qarşıdurmalarda ümumilikdə neçə əsgərin öldüyü barədə məlumatlara malik deyil.

Gülay

OXŞAR XƏBƏRLƏR