Livanda BMT konvoyuna hücum oldu - 1 nəfər ölüb

Livanda BMT konvoyuna hücum oldu - 1 nəfər ölüb
DÜNYA
19:20 15.12.2022
249
Livanda BMT-nin konvoyuna hücum nəticəsində 1 irlandiyalı əsgər ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
Bu barədə İrlandiya Müdafiə Qüvvələri məlumat yayıb.

İrlandiyanın xarici işlər naziri Saymon Konvenin sözlərinə görə, insident baş verən zaman BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) daxil olan əsgərlər bu ölkənin cənubundakı əməliyyat bölgəsində standart bir marşrutla hərəkət edirmiş: "İki zirehli texnika faktiki olaraq bir-birindən ayrı düşüb. Onlardan biri kütlə tərəfindən mühasirəyə alınıb, atışma başlayıb. Təəssüf ki, nəticədə sülhməramlılarımızdan biri həlak olub”.
OXŞAR XƏBƏRLƏR