Livanda tankerdə partlayış baş verib: Onlarla ölü və yaralı var

Livanda tankerdə partlayış baş verib: Onlarla ölü və yaralı var
DÜNYA
09:34 15.08.2021
549
Livanın şimal-qərbində maye qaz tankerinin partlaması nəticəsində azı 20 nəfər həlak olub.

"RİA Novosti” xəbər verir ki, bu barədə Livanın Qızıl Xaç Cəmiyyətinin məlumatında deyilir.

Akkarda gecə vaxtı baş vermiş partlayış zamanı daha 79 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışın səbəbi hələlik naməlumdur. Hadisə yerində təcili tibbi yardım briqadaları işləyir. 
 

OXŞAR XƏBƏRLƏR