Livandan İsrailə 55 raket atılıb

Livandan İsrailə 55 raket atılıb
DÜNYA
18:31 17.08.2024
204
Livan ərazisindən İsrailə 55 raketin atıldığı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Livandan İsrail ərazisinə doğru uçan 55-ə yaxın mərmi qeydə alınıb. Bəziləri açıq ərazilərə düşüb, ölkənin şimalında çoxsaylı yanğınlara səbəb olub. Hazırda yanğınsöndürmə və xilasetmə xidmətləri hadisə yerində işləyirlər", - məlumatda bildirib.
OXŞAR XƏBƏRLƏR