Livandan İsrailə raket atıldı.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, İsrail ordusu oktyabrın 7-dən bəri ilk dəfə Livanın cənubundakı bir bölgədən İsrailə qarşı atılan "yer-hava" tipli raketi vurduğunu açıqlayıb.
"Yedioth Aharonoth” qəzetinin məlumatına görə, ordu radiosuna açıqlama verən İsrail Ordusunun sözçüsü Daniel Hagari, Livan ərazisindən İsrailin pilotsuz uçuş aparatına qarşı atılan yer-hava raketinin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu bildirib.
Hagari bildirib ki, hadisədən sonra Hərbi Hava Qüvvələrinə aid bir təyyarə raketin Livan ərazisinə göndərildiyi nöqtəyə cavab atəşi açıb.
Livan hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Aysel