Livandan İsrailə raketlər atıldı - Bir çox şəhərdə yanğın baş verdi

Livandan İsrailə raketlər atıldı - Bir çox şəhərdə yanğın baş verdi
DÜNYA
14:12 20.08.2024
142
Livandan İsrailə atılan raketlərə görə ölkənin şimal bölgələrində yanğın baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücumlar səbəbilə Yuxarı Qaliley bölgəsində və işğal altında olan Qolan təpələrində həyəcan siqnalı verilib.
 
Ordudan verilən açıqlamada güllələrin bir hissəsinin məhv edildiyi, bir hissəsinin açıq ərazilərə düşdüyü, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
 
Digər tərəfdən, Hizbullah Qəzza zolağında Fələstin xalqına dəstək olmaq və İsrailə cavab olaraq Nefah kazarmasındakı 210-cu Qolan diviziyasının hərbi qərargahına və Yarden kazarmasındakı artilleriya alayına intensiv hücum edib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR