Livandan və Suriyadan olan ermənilərin tezliklə Dağlıq Qarabağ münaqişə zonasına göndəriləcəyinə dair məlumat yayılıb.
AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə erməni feysbuk istifadəçisi Vardan Harutyunyan öz səhifəsində məlumat paylaşıb.
"Livandan olan ermənilər tezliklə Qarabağa gələcəklər. Hazırda təxminən 3 mindən çox Suriya ermənisi Suriya ordusundadır. Ən azı 5 min suriyalı erməni isə artıq müharibədə iştirak edib və əmin ola bilərsiniz ki, onlar tezliklə bura gələcək”,- paylaşımda qeyd olunub.