Livanın Baş naziri: Biz İsraillə gərginlik istəmirik

Livanın Baş naziri: Biz İsraillə gərginlik istəmirik
DÜNYA
21:28 18.06.2024
161

İsrail istiqamətini Qəzzanın cənubundakı Rəfahdan Livan sərhədinə çevirməyə çalışır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nəcib Mikati əksinə, sərhəd bölgəsində təhlükəsizliyi və sabitliyi bərpa etməyə çalışdığını bəyan edib. 

Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, Mikati paytaxt Beyrutda ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn ilə görüşündən sonra qısa açıqlama verib. 

Livanın gərginliyi artırmaq niyyətində olmadığını və lazım olanın İsrailin Livana qarşı davam edən təcavüzünü dayandırmaq və cənub sərhədində sakitlik və sabitliyi bərpa etmək olduğunu ifadə edən Mikati deyib: 

"Biz gərginliyi dayandırmağa, təhlükəsizliyi və sabitliyi bərpa etməyə, Livanın suverenliyinin davam edən pozuntularını və İsrail tərəfindən həyata keçirilən sistematik qətl və məhvetmə aktlarını dayandırmağa çalışırıq”.

Ayşən

OXŞAR XƏBƏRLƏR