Livanın müdafiə nazirinə sui-qəsd cəhdi olub

Livanın müdafiə nazirinə sui-qəsd cəhdi olub
DÜNYA
18:07 10.08.2023
174
Livanın müdafiə naziri Moris Slimin maşın karvanı naməlum silahlılar tərəfindən atəşə tutulub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, paytaxt Beyrutun Cisr-əl Başa məhəlləsində törədilən sui-qəsd cəhdi nəticəsində nazir xəsarət almayıb.

Moris Slim vurğulayıb ki, atılan güllə mindiyi avtomobilin arxa pəncərəsinin şüşəsinə dəyib: "Mənə heç nə olmayıb. Sağ-salamatam”.
OXŞAR XƏBƏRLƏR