İngiltərənin "Liverpul" klubu yarımmüdafiəçi Aleksis Makallister ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Mersisayd təmsilçisi dünya çempionu olan argentinalı futbolçunu komandada saxlamaq istəyir.
Buna səbəb onun sabit çıxışı və komanda üçün vacib oyunçulardan biri hesab olunmasıdır.
Bununla yanaşı, oyunçunu İspaniyanın "Real" klubu da diqqətdə saxlayır.
Madrid təmsilçisi gələcəkdə mümkün transfer ehtimalını nəzərdən keçirir.








































