"Liverpul" klubu iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzada bilər

"Liverpul" klubu iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzada bilər
İDMAN
15:27 28.03.2025
322
İngiltərənin "Liverpul" klubu iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzada bilər.

Bu barədə "The Athletic"in nüfuzlu insayderi David Ornstein məlumat yayıb.

Mersisayd təmsilçisi Trent Aleksander-Arnoldun İspaniyanın "Real" komandasına keçmək qərarına gəldikdən sonra Məhəmməd Salah və Virgil Van Deyki heyətdə saxlamaq istəyir.

Klub rəhbərliyi hər iki oyunçunun yeni sözləşməyə razı olacağına inanır.

Qeyd edək ki, Van Deyk cari mövsüm "Liverpul"un heyətində 41 oyun keçirib. Salah isə 43 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report
OXŞAR XƏBƏRLƏR