"Liverpul" Məhəmməd Salahı Misir millisinin düşərgəsinə buraxmadı

"Liverpul" Məhəmməd Salahı Misir millisinin düşərgəsinə buraxmadı
İDMAN
16:05 23.08.2021
1263
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Misir yığmasının heyətində Anqola və Qabona qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarında iştirak etməyəcək.

Mersisayd təmsilçisi 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə göndərməyib.

"Liverpul" Salahı milliyə buraxmadığı üçün qarşı tərəfdən üzr istəyib. Klub koronavirus səbəbindən bu addımı atdıqlarını vurğulayıb: "Bir sıra ölkələrdən olan oyunçular İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınmalıdır".

Mersisaydlılar ulduz futbolçunun daha əvvəl də karantinə alındığını və fiziki olaraq əziyyət çəkdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Misir sentyabrın 2-də Anqolanı qəbul edəcək. Sentyabrın 5-də isə Qabonun qonağı olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR