“Liverpul” “Real” üzərində tarix yazdı — Çempionlar Liqasında unikal göstərici

“Liverpul” “Real” üzərində tarix yazdı — Çempionlar Liqasında unikal göstərici
İDMAN
14:36 05.11.2025
152
"Liverpul” Çempionlar Liqasının tarixində "Real Madrid”ə qarşı ən çox "quru” qələbə qazanan komanda olub.

AZXEBER.COM xəbər verir ki, Mersisayd təmsilçisi Madrid klubuna qarşı keçirdiyi beş qələbənin heç birində qapısından qol buraxmayıb.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda bu komandalar yenidən üz-üzə gəlib. "Enfild” stadionunda keçirilən görüşdə "Liverpul” 1:0 hesabı ilə qalib gəlib. Oyunun yeganə qolunu komandanın yarımmüdafiəçisi Aleksis Makallister vurub.

Qeyd edək ki, "Real Madrid” turnir tarixinin ən çox titul qazanan komandasıdır — 15 dəfə. "Liverpul” isə 6 çempionluqla İngiltərə klubları arasında lider mövqedədir.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR