"Liverpul" və "Bavariya"nın sabiq futbolçusu İsveçrə klubuna keçib

İDMAN
19:58 16.08.2024
196
İsveçrə millisinin sabiq futbolçusu Cerdan Şakirinin yeni klubu müəyyənləşib.

32 yaşlı vinger karyerasını ölkəsində davam etdirəcək.

"Bazel" təcrübəli oyunçu ilə üçillik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Cerdan Şakiri son olaraq ABŞ-də "Çikaqo Fayr”ın formasını geyinib. O, karyerası ərzində Almaniyada "Bavariya", İtaliyada "İnter", İngiltərədə "Liverpul" komandalarında da çıxış edib.

OXŞAR XƏBƏRLƏR