"Liverpul" "Yuventus"un yarımmüdafiəçisini icarəyə götürdü

İDMAN
21:25 02.09.2022
320
İngiltərənin "Liverpul" futbol klubu İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Arturu icarəyə götürüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, 26 yaşlı braziliyalı bu mövsümün sonuna kimi Turin klubundan transfer hüququ olmadan icarəyə götürülüb.

Qeyd edək ki, Artur ötən mövsüm "Yuventus"un heyətində 31 oyuna çıxıb. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR