UEFA Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşacaq "Real"ın baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.
AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, həlledici oyuna qədər çox çətin yol keçdiklərini dilə gətirib:
"Bu mövsüm finala vəsiqə qazanmaq asan olmadı. Buraya qədər çıxa bildiyimiz üçün çox sevincliyik. Bizi ÇL-də daha bir final matçı gözləyir".
Fransız mütəxəssis Madrid təmsilçisinin portuqaliyalı ulduzu Kristiano Ronaldonun formda olduğunu bildirib:
"Ronaldo, belə oyunlar üçün yaşayır. Bu cür matçlar onun həyatına məna qatır. Finalı dörd gözlə gözləyir".
Zidan həlledici görüşdə favorit olmadığını söyləyib:
"Liverpul"la eyni şansa sahibik. Tərəflərdən heç biri favorit deyil".
O, rəqib komandadakı həmkarı Yurgen Kloppla da bağlı fikirlərini bölüşüb:
"Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidi. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir".
"Liverpul" - "Real" görüşü mayın 25-də Kiyevdə keçiriləcək və saat 22:45-də start götürəcək.