"Liverpul”un cinah hücumçusu Luis Dias mövsümsonu klubla müqaviləsinin uzadılması haqqında danışıqlar aparacaq.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Sky Sports” məlumat yayıb.
"Luis Dias mövsümün sonunda "Liverpul” ilə müqaviləsinin uzadılması haqqında danışıqlar aparacaq”, – telekanalın efirində bildirilib.
Bundan başqa, paralel olaraq İspaniyanın "Relevo” nəşri kolumbiyalı vingerin "qırmızılar”la Çempionlar Liqasının qazanmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, 28 yaşlı Dias 2022-ci ilin qışından Mersisayd komandasının formasını geyinir. O, "Liverpul” ilə birgə İngiltərə Premyer Liqasının (2024/2025), İngiltərə Kubokunun (2021/2022), İngiltərə Superkubokunun (2022), İngiltərə Liqa Kubokunun (2021/2022, 2023/2024) qalibi olub.