"Liverpul"un futbolçusu "Mançester Siti"yə doğru

İDMAN
08:12 07.08.2012
1476

Son İngiltərə çempionu "Mançester Siti" klubu növbəti transfer hədəfini açıqlayıb.

AZXEBER.COM-un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Liverpul"un müdafiəçisi Daniel Aggerə "elçi" düşüb.

"Şəhərlilər" danimarkalı futbolçunun transferi üçün "Liverpul"a 25 milyon avro təklif edib. Üstəlik Agger "Mançester Siti"də oynayacağı təqdirdə həftəsinə 125 min avro qazanacaq. 27 yaşlı futbolçunun da bu təklifi müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2006-cı ildə 8 milyon qarşılığında "Bröndbi"dən "Liverpul"a transfer olunan Agger komandanın sevimli futbolçularından hesab olunur.

OXŞAR XƏBƏRLƏR