"Liverpul"un keçmiş futbolçusu həbs edildi

İDMAN
13:16 19.10.2022
276
İngiltərənin "Liverpul” klubunun keçmiş futbolçusu Leyton Maksvell narkotik ticarəti ilə məşğul olduğu üçün 8 il həbs cəzası alıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, 43 yaşlı Maksvell evini 6 milyon funt sterlinq dəyərində narkotik anbarı kimi təmin edib. 
 
Hüquq-mühafizə orqanları Maksveldə 60 kq-dan çox kokain və heroin, həmçinin 2,5 milyon funt-sterlinq nağd pul tapıblar. Məhkəmədə Laytonun narkotik kuryer kimi fəaliyyət göstərdiyi və xidmətlərə görə ayda 500 funt sterlinq aldığı sübuta yetirilib.
 
 
Leighton Maxwell 1999-2001-ci illərdə "Liverpul"da forma geyinib O, həmçinin Suonsi, Kardiff və İngiltərənin aşağı divizionlarının bir sıra klublarında çıxış edib. O, futbolçu karyerasını 2004-cü ildə başa vurub.
OXŞAR XƏBƏRLƏR