"Liverpul"un qapıçısı noyabra qədər meydana çıxmayacaq

İDMAN
18:32 09.10.2024
392
İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər meydana çıxmayacaq.

Qolkiper Premyer Liqanın VII turunda, "Kristal Pelas" (1:0) ilə oyunda zədələnib.

32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək.

Braziliyalı qolkiperin Premyer Liqada "Çelsi”, "Arsenal”, "Brayton” və "Aston Villa”, həmçinin Çempionlar Liqasında "Leyptsiq” və "Bayer 04” komandaları ilə oyunları buraxacağı gözlənilir.
 
///report

OXŞAR XƏBƏRLƏR