"Liverpul"un portuqaliyalı ulduzu Dioqo Jota yol qəzasında həyatını itirib.
"Liverpul"un 28 yaşlı portuqaliyalı futbolçusu Dioqo Jota bu gün səhər saatlarında Zamora əyalətində baş verən yol qəzasında həyatını itirib.
Məlumata görə, qəza A-52 magistralının 65-ci kilometrliyində, Palasios de Sanabria bələdiyyəsi ərazisində baş verib.
Dioqo 26 yaşlı qardaşı André ilə birlikdə getdiyi avtomobilin yoldan çıxaraq alov alması nəticəsində həyatını itirib.










































