Livitt vəzifəsindən gedir

Livitt vəzifəsindən gedir
DÜNYA
02:22 13.08.2026
143
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolayn Livittin ayın sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.

Tramp bildirib ki, Livitt bundan sonra ailəsinə daha çox vaxt ayıracaq. O, keçmiş mətbuat katibinin gələcəkdə də onun əsas xarici məsləhətçilərindən biri olacağını və Respublikaçılar Partiyasında nüfuzlu səs olaraq qalacağını deyib.

Livitt isə vəzifəsində çalışdığı son bir il yarımı "həyatının ən böyük şərəfi və macərası” adlandırıb.

Qeyd edək ki, Livitt 2024-cü ildə Trampın seçki kampaniyasına qoşulub. Daha sonra keçid dövründə sözçü kimi fəaliyyət göstərib və Tramp tərəfindən Ağ Evin mətbuat katibi vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilən ən gənc şəxs olub.
OXŞAR XƏBƏRLƏR