Liviya daşqınlar səbəbiylə beynəlxalq təhqiqat aparılmasını istəyir

Liviya daşqınlar səbəbiylə beynəlxalq təhqiqat aparılmasını istəyir
DÜNYA
12:05 21.09.2023
81
Liviyanın Ali Dövlət Şurası ölkənin şərqindəki Derna şəhərində minlərlə insanın ölümünə və böyük dağıntılara səbəb olan sel fəlakətinin səbəbləri ilə bağlı hərtərəfli beynəlxalq təhqiqatın aparılmasını istəyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Dernadakı sel fəlakəti çərçivəsində bir neçə gün əvvəl fövqəladə toplantı keçirən Şura, mövzu ilə bağlı yazılı açıqlama verib.
 
Şura açıqlamasında "Derna fəlakət bölgəsi elan edilməli və bu mövzuda beynəlxalq qərarın verilməsi üçün lazımi tədbirlər görülməlidir" ifadəsini işlədib.

Açıqlamada Dernanın yenidən qurulması üçün lazımi vəsaitin ayrılması, təftiş edilməsi və bunun üçün təqvimin müəyyən edilməsinin vacibliyi və bunun Dərnə daxilindən böhran idarə heyətinin yaradılması ilə mümkün ola biləcəyi vurğulanıb.

Şura həmçinin Derna şəhərində səhiyyə xidmətləri ilə bağlı lazımi addımların sürətləndirilməsi, psixoloji dəstək mərkəzinin yaradılması və bununla bağlı ölkələrin və ya ekspert təşkilatlarının səylərindən dəstək alınmasının zəruriliyinə diqqət çəkib.
 
Xatırladaq ki, Mərkəzi Aralıq dənizində baş verən "Daniel” qasırğası sentyabrın 10-da Liviyanın şərqindəki Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Baş nazir Əbdülhəmid Dibeybe 11 sentyabrda daşqın səbəbilə ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələrə və beynəlxalq qurumlara yardım çağırışı edib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç dünən Liviyada seldə 3 min 998 adamın həyatını itirdiyini, 8-9 min adamın isə hələ də itkin olduğunu açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR