Ankarada baş verən təyyarə qəzasının araşdırılması davam edir

Ankarada baş verən təyyarə qəzasının araşdırılması davam edir
DÜNYA
12:59 15.01.2026
260
Liviya hərbi nümayəndə heyətini daşıyan təyyarənin Ankarada qəzaya uğraması ilə bağlı genişmiqyaslı istintaq tədbirləri aparılır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə hadisə ilə əlaqədar bütün texniki və hüquqi imkanlar səfərbər edilib.

Araşdırmalar çərçivəsində qəzanın ən mühüm sübutu hesab olunan "qara qutu” təhlil üçün Böyük Britaniyanın paytaxtı Londona göndərilib. Mütəxəssislər uçuş məlumatlarının və pilot danışıqlarının qeydə alındığı cihazın təhlili nəticəsində hadisənin dəqiq səbəblərini üzə çıxarmağa çalışırlar.

Bununla yanaşı, qəza anını əks etdirən görüntülər Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən araşdırılır. Görüntülərin texniki ekspertizası qəzanın mexanizminin aydınlaşdırılmasına kömək edəcək əsas addımlardan biri kimi qiymətləndirilir.

Ankara Baş Prokurorluğu Haymana rayonunda baş verən hadisə ilə bağlı cinayət işi açıb. İstintaq bir baş prokuror müavini tərəfindən koordinasiya olunur və dörd prokuror tərəfindən aparılır. Rəsmi qurumlar hadisənin bütün detallarının obyektiv şəkildə araşdırılacağını və nəticələrin ictimaiyyətə açıqlanacağını bildiriblər.

Qeyd edək ki, qəzanın səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb, istintaq prosesi davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR