Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb

Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
DÜNYA
20:35 29.07.2025
210
Liviyanın Tobruk şəhərinin sahillərində bir gəminin qəzaya uğraması nəticəsində 18 miqrant həyatını itirib, 50 nəfər isə itkin düşüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

"Liviya qaçqın və miqrantlar üçün əsas tranzit nöqtəsi olmaqda davam edir. Miqrantlar istismar, zorakılıq və təhlükəli macəralarla üzləşirlər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviya Avropaya getmək istəyən miqrantlar üçün əsas tranzit bölgələrdən birinə çevrilib.

/APA
OXŞAR XƏBƏRLƏR