Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrın 10-da Liviyanın şərqində baş verən sel fəlakətində ölənlərin sayının 4 333 nəfərə çatdığını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ÜST-nin Liviya regional ofisinin fövqəladə hallar üzrə sağlamlıq qrupuna cavabdeh olan Hale Hudari onlayn brifinqdə Şərqi Aralıq dənizi regionunda fövqəladə sağlamlıq vəziyyətləri haqqında məlumat verib.
Qasırğa nəticəsində ölənlərin sayının rəsmi olaraq 4 min 333-ə çatdığını ifadə edən Hudari deyib:
"Cəsədlərə çatmaq üçün səylər hələ də davam edir”.
Mikayıl