Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb

Liviyada daşqınlar nəticəsində ölənlərin rəsmi sayı açıqlanıb
DÜNYA
19:21 17.09.2023
302
Liviyanın Derna şəhərində daşqınlar nəticəsində ölənlərin rəsmi sayı
açıqlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin məlumat yayıb.

Məlumata görə, hazırda ölənlərin sayı 3 252 nəfər təşkil edir.

Bundan əvvəl BMT-nin Liviyadakı ofisi məlumat yayıb ki, təbii fəlakət nəticəsində 11 mindən çox insan ölüb. Həmçinin Dernada 10 min nəfərdən çox adam itkin düşüb. Dernadan kənarda Liviyanın şimal-şərqində daşqınlar nəticəsində 170 nəfər həlak olub.
OXŞAR XƏBƏRLƏR