Liviyada mina partlayışı: 3 uşaq xəsarət aldı

Liviyada mina partlayışı: 3 uşaq xəsarət aldı
DÜNYA
11:17 24.05.2024
133
Liviyanın paytaxtı Tripolidə minanın partlaması nəticəsində 3 uşağın yaralandığı bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Liviya Səhiyyə Nazirliyinin İlk Yardım Xidməti Birliyindən verilən açıqlamada, iki gün əvvəl Tripolinin cənubunda Tripoli Beynəlxalq Hava Limanına gedən yolda minanın partladığı bildirilib.

Açıqlamada hadisə zamanı 3 uşağın yaralandığı, başından qəlpə yarası alan bir uşağın reanimasiyada olduğu, digər iki uşağın əməliyyat olunduğu, ümumi sağlamlıq durumlarının yaxşı olduğu qeyd edilib.

İlk Yardım Xidməti Bölməsi belə hadisələrin təkrarlanmaması üçün hakimiyyət orqanlarını müharibədən ən çox zərər çəkmiş əraziləri yenidən yoxlamağa çağırıb.

Birləşmiş Millətlər Təşkilatının Liviyaya Dəstək Missiyası (UNSMIL) tərəfindən mayın 19-da verilən açıqlamada, 2024-cü ilin aprelindən əvvəlki il ərzində Liviyada mina və partlayıcı sursatlar nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin yaralandığı və ya öldüyü qeyd edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR