Liviyanın qərbində tayfalararası toqquşmalarda daha 105 nəfər ölüb, 500-ə yaxın adam yaralanıb. Qarşıdurmanın Zintan və Mizdahdan olan silahlı tayfa üzvləri ilə Şeqayqa ərazisindəki tayfalar arasında baş verdiyi bildirilir. Toqquşmaların baş verdiyi dağlıq ərazilərə ordu göndərildikdən sonra isə zorakılıq halları qeydə alınmayıb.Bu arada, ölkədə iyulun 7-nə təyin olunmuş Ümummilli Konqresə seçkilərdən əvvəl seçkiqabağı kampaniyaya rəsmi olaraq start verilib. Seçiləcək Ümummilli Konqres keçid hökumətinin formalaşdırılması, eləcə də 2 ay ərzində yeni konstitusiyanı hazırlamalı və referenduma çıxarmalı olan konstitusiya komissiyası ilə məşğul olacaq.