Bu barədə məlumatı müxalifət nümayəndəsi Münir Rəmzi verib. Qiyamçıların Tripoli yolundakı vacib strateji məntəqəyə hücumu zamanı hökumət qoşunları 31 silahlını öldürüb, 120 nəfər xəsarət alıb. Sünir Rəmzinin sözlərinə görə, qiyamçıların təzyiqi ilə Liviya ordusu geri çəkilib və hazırda döyüşlər şəhərdən qərbdə davam edir. Bundan başqa, qiymçılar Liviyanın qərbindəki Əz Zaviyə şəhərini də ələ keçirdiklərini iddia edirlər. Lakin “Associated Press” agentliyinin məlumatına görə, hökumət bu barədə iddiaları təkzib edir. Xatırladaq ki, bu ilin fevralından Liviyada vətəndaş müharibəsi başlayıb. Müharibə ölkəni parçalayıb. Liviyanın qərbi Liviya lideri Müammər Qəddafinin tərəfdarlarının nəzarətindədir, şərqdə isə hakimiyyət “Milli Keçid Şurası” adlı qurum formalaşdıran qiyamçıların əlindədir.