Liviyada sel fəlakəti nəticəsində küçələr cəsədlə dolub

Liviyada sel fəlakəti nəticəsində küçələr cəsədlə dolub
DÜNYA
12:52 14.09.2023
371
Liviyadakı sel fəlakəti nəticəsində daha 10 min insanın itkin düşdüyü bildirilir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, itkin şəxslərin ya dənizə atıldığı, ya da şəhərə səpələnmiş dağıntılar altında qaldığı ehtimal edilib.
 
Liviyanın rəsmi xəbər agentliyi LANA Derna şəhərində seldə ölənlərin sayının 5 min 300-ə yüksəldiyini, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Açıqlamalara görə, təbii fəlakətdən sağ çıxanların müalicəsinə ehtiyac olsa da, xidmətdən kənar xəstəxanalardakı morqlar doludur.
 
Digər tərəfdən Dernada sel fəlakəti iki bəndin uçması nəticəsində baş verib və şəhərə 30 milyon kubmetrdən çox su paylanıb. Liviya Milli Birlik Hökumətinin dünən verdiyi açıqlamada seldə həyatını itirənlərin sayının 6 minə yüksəldiyi bildirilib. Qırmızı Xaç 10 min adamın itkin düşdüyünü açıqlayıb.

Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafi devrildikdən və öldürüləndən bəri Liviyada administrasiya şərq və qərbə bölünüb.
  
Mikayıl                                                 
OXŞAR XƏBƏRLƏR