Liviyada Hərbi Dəniz Akademiyasının komandiri Əbdürrəhman Milad silahlı hücumda həlak olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, "El-Bidca" ləqəbi ilə tanınan Milad paytaxt Tripolinin qərbində maşınına təşkil edilən silahlı hücum nəticəsində həyatını itirib.
Hücumu törədənlərin şəxsiyyəti müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırma aparıldığı deyilib.
Ölkənin təhlükəsizlik strukturları Əbdürrəhman Miladın ölkədə əhəmiyyətli şəxslərdən biri olduğu üçün şəhərdə gərginlik ola biləcəyi xəbərdarlığı ediblər.
Qeyd edək ki, Liviya Ali Dövlət Şurasının prezidenti Xalid əl-Mişri Facebook hesabında Milad üçün başsağlığı mesajı dərc paylaşaraq baş prokuroru sui-qəsdi törədənləri tapıb dərhal məsuliyyətə cəlb etməyə çağırıb.
Cəmalə