Liviyalılardan İslam ölkələrinə Qəzza ilə bağlı ÇAĞIRIŞ

Liviyalılardan İslam ölkələrinə Qəzza ilə bağlı ÇAĞIRIŞ
DÜNYA
13:52 23.05.2024
113
Cənubi Afrika Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldırıb və digər ölkələrin də bu prosesə cəlb olunmasını istəyib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikanın dekabrın 29-da Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım iddiasına Liviya da müdaxilə edib. Misir başda olmaqla, Türkiyə bu işə müdaxilə edəcəklərini açıqlayıb. 

Mayın 5-də verilən bəyanatda bildirilib:

"İsrailin hərəkətləri və hərəkətsizliyi soyqırım kimi qiymətləndirilir, çünki onlar Qəzzada fələstinliləri milli, irqi və etnik qrupun bir hissəsi kimi məhv etmək məqsədi ilə törədilib”. 

Liviyadan başqa, Nikaraqua və Kolumbiya da İsrailə qarşı BƏM-ə açılan soyqırım işinə rəsmi müdaxilə etmək üçün müraciət etmiş, Türkiyə və Misir isə işə qarışacaqlarını açıqlamışdı.

Tripoli Universiteti İlahiyyat Fakültəsi dekan müavini Ələddin əl-Usta ölkəsinin BƏM-də İsrailə qarşı açılan soyqırım işinə müdaxilə etmək üçün atdığı addımın bir liviyalı olaraq onun üçün şərəf və qürur mənbəyi olduğunu bildirib.

Usta bu addımı atdıqları üçün ölkəsinin səlahiyyətlilərinə təşəkkür edib və BƏM-in hər zaman güclülərin tərəfində olduğunu, Allaha təvəkkül etdiklərini və ümidlərinin Allaha olduğunu, İslam ölkələrinin BƏH-ə daha çox təzyiq göstərməli olduğunu bildirib.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR