Bu səhər naməlum silahlılar tərəfindən qaçırılan Liviyanın Baş naziri Əli Zeydan azad edilib. Bu barədə «Reuters» agentliyi Liviyanın «LANA» rəsmi xəbər agentliyinə və yerli rəsmilərə istinadən xəbər verir. Baş nazirin azad edilməsi faktını Liviyanın Daxili İşlər Nazirliyi də təsdiqləyib.Əli Zeydanın saxlanmasına görə məsuliyyəti Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə İdarəsinin «Liviya İnqilabçıları Əməliyyat Qərargahı» adlanan qrupu öz üzərinə götürüb. «Liviyanın müvəqqəti Baş naziri Əli Zeydan Liviyanın sanksiyalarla bağlı qanununa müvafiq olaraq «Dövlətə və dövlət təhlükəsizliyinə qarşı cinayət» maddəsi ilə saxlanılıb.» - qrupun «Feysbuk» sosial şəbəkəsində açıqlamasında belə deyilir.Liviyanın Baş prokuroru və Ədliyyə Nazirliyi isə Əli Zeydanın saxlanmasına order verməsi barədə məlumatları təkzib edib.