Lökbatanda baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları məlum olub

Lökbatanda baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları məlum olub
SOSİAL
23:35 12.02.2026
742
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları və vəziyyətləri məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Həsənova Gülər Həsən qızı, 2004-cü il təvəllüdlü Xəlilova Nərmin Vüqar qızı və 2024-cü il təvəllüdlü Xəlilova Elza Şahmaz qızıdır.

Onların hazırda Kliniki Tibbi Mərkəzdə müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR