Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.
AZXEBER.COM xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.
Körpə tapılandan sonra xəstəxanaya aparılıb.
Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.
Faktla bağlı araşdırma aparılır.
Uşağın kim tərəfindən atıldığı məlum deyil.
Səhiyyə Nazirliyi Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində küçəyə atılan körpənin durumu ilə bağlı məlumat yayıb.
Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, küçəyə atılan 1 günlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.
"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb", - nazirlikdən bildirilib.