Bu gün saat 12.30 radələrində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi Heydər Əliyev parkında dəşhətli bıçaqlanma hadisəsi olub. Hadisə şahidlərinin ANS-ə verdiyi məlumata görə, Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ata-oğul ilə iki qardaş arasında mübahisə yaranıb. Nəticədə ata-oğul iki qardaşı bıçaqlayaraq öldürüblər.