Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA
SOSİAL
11:36 13.04.2025
285
Aprelin 13-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edib.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, düşən yağıntının miqdarı Şahbuzda 6, Zaqatala, Qaxda (Sarıbaş) 2, Naxçıvan, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Şəki, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Biləsuvar və Ağdamda 1 mm olub.

Dağlıq ərazilərə - Şahdağ, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağıb.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Altıağacda 18, Şabranda 16 m/s-dək güclənib. Daşkəsən, Göygöl, Naftalan, Qax (Sarıbaş), Şəki, Zaqatala, Qobustan, Lerik və Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 9, Naxçıvan MR-da 8 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR