Ölkə ərazisində qar yağacaq

Ölkə ərazisində qar yağacaq
11:49 13.02.2013
978

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam isə mülayimləşəcək. Havanın temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin yağmurlu keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Axşama doğru qərb rayonlarından başlayaraq tədricən qar kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun 6-11 dərəcə isti, dağlarda isə 1-6 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR