"Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır"

"Azərbaycan  Ordusu  dünyanın  50  ən  güclü  ordusu  sırasındadır"
Siyasət
15:23 09.03.2023
332
10.03.2020-ci  il  tarixdə  Azərbaycan  Respublikası VI çağırış Milli  Məclisinin  ilk  iclasında Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  geniş  məzmunlu  tarixi  çıxış  edərək Milli  Məclisin  fəaliyyətinin  təkmilləşməsindən, Avropa  İttifaqının  Azərbaycan  Parlamenti  ilə  işləməyə  hazır  olmasından, parlamentin  çoxpartiyalı  olmasından  və  müxalifət  nümayəndələrinin  təmsilçiliyindən  söhbət  açdı.

Prezidentin  çıxışında  bütün  dövlət  qurumlarında  kadr  islahatlarının  aparılması,  xalqın  narazılığına  səbəb  olan  strukturlarda  mütləq  şəkildə  təmizləmə  işləri  aparılacağını  söylədi. Bildirdi  ki,  dövlət  işində  işləmək  istəyənlərin  niyyəti  də,  əməli  də təmiz  olmalıdır.
İslahatların  keçirilməsinə  parlament  xüsusi  təkan  verəcək. Qanunverici  orqan  qanunların  təftişi  ilə  də  ciddi  məşğul  olmalıdır. Qəbul  edilmiş  qanunların, verilmiş sərəncamların  icrası  hansı  vəziyyətdə  yerinə  yetirilir. Qanun pozuntularına yol verilirmi. Belə  hallar  aşkarlanarsa  onda  əlbəttə  ki, ciddi  cəza  tədbirləri  görülməlidir.

Prezident eyni zamanda milli  dəyərlərimizlə  bağlı  qanunvericilik  bazasının  geniş  olmasını  söyləmişdir.

Sosial  siyasətlə  və  gənclər  siyasəti  ilə  bağlı  danışarkən  Prezident  çox  qiymətli  fikirlər  söylədi: "Qanunvericilikdə  minimum  əmək haqlarının, minimum  pensiyaların  müntəzəm  olaraq  qaldırılması  diqqət  mərkəzində  olmalıdır. Ölkə  əhalisinin  mütləq  əksəriyyətinin  gənclər  olduğu  ölkədə  gənclərin  fəallığı, milli  ruhda  böyüməsi, xarici  təsirlərə  düşməməsi,  vətənpərvərlik  ruhda  tərbiyəsi alması üçün  qanunverici  orqan  mühüm  addımlar  atmalıdır”.

Antiazərbaycan  qüvvələrdən,  "beşinci  kolon”dan  söhbət  açan  Prezident  bu  yolu  xəyanət  yolu  adlandırdı.

Beynəlxalq  fəaliyyətdən  danışarkən cənab İlham Əliyev söylədi ki, beynəlxalq  təşkilatlarda  təmsil  olunan   deputatlar  Azərbaycan  həqiqətlərini, tarixi  ədaləti, bizim  mövqeyimizin  çatdırılması  üçün  böyük  işlər  görməlidirlər, fəal  olmalıdırlar. Bütövlükdə  beynəlxalq  təşkilatlar  çərçivəsində  fəaliyyətimiz  məqsədyönlü  olmalıdır.Turist  səfərləri  yox, səmərəli  fəaliyyət  etməlidirlər. Çəkinmədən  hər  şeyi  öz  adı  ilə  söyləmək  lazımdır.
İqtisadi  sahədə  görülən  işlərdə  parlament  üzvləri  hökümət  üzvləri  ilə  sıx  təmasda  olmalıdır. Məsuliyyət  və  nəzarət mexanizminin olması  ümumi  işimizə  müsbət  təsir  edəcək.

Prezident  Administrasiyasında  parlamentlə  iş  üzrə  xüsusi  şöbə  yaradılıb, biz  parlamentin  işinə  böyük  əhəmiyyət  veririk. İqtisadi  islahatlar  davam  edir.

Dinlərarası, mədəniyyətlər arası  dialoqun  inkişafı  ilə  bizim  parlamentin  də  rolu  çox  və  təsirli  ola  bilər. Radikalizmə  qarşı geniş  mübarizə  aparılmalıdır.

Təhlükəsizlik, əmin-amanlıq, inkişaf, sosial  rifah, azadlıqlar. Parlament  bu  məsələlərlə  ciddi  məşğul  olmalıdır. 

Son  16  ilin  uğurlarından  söhbət  açan Dövlət başçısı qeyd etdi ki, Azərbaycan  Ordusu  dünyanın  50  ən  güclü  ordusu  sırasındadır. Beynəlxalq mövqelərimiz  möhkəmlənib. Qoşulmama  hərəkatına  üzv  olmuşuq, sədr  olmuşuq.  Türk  şurasına  sədr  olmuşuq  və  türkdilli  dövlətlərlə  əməkdaşlıqda  Azərbaycan  önəmli  rol  oynayır. 

Biz  bu  gün  müstəqil  ölkə  kimi  yaşayırıq, müstəqil  siyasət  aparırıq, heç  kimin  işinə  qarışmırıq, heç  kimə  də  imkan  vermirik  ki,  bizim  işimizə  qarışsın. Müstəqillik  və  inkişaf  yolunda  Azərbaycan  Parlamenti  bu  işdə  fəal  olacaq.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı məktəbin direktoru, Əməkdar müəllim
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"