Ölkə rəhbəri ictimaiyyət qarşısına çıxdı - VİDEO

DÜNYA
17:41 15.04.2013
1461
Bu gün Şimali Koreyada ölkənin ilk rəhbəri Kim İr Senin anadan olmasının 101 illiyi qeyd olunur. Koreya yarımadasında Şimali və Cənubi Koreya arasında davam edən gərginliyə baxmayaraq, insanlar ildönümünü qeyd etmək üçün Kim İr Senin və Şimali Koreyanın ikinci prezidenti Kim Çen İrin abidələrinin olduğu paytaxt Pxenyanın Mansu bölgəsinə axışıb.Gün ərzində həmin məkanda müxtəlif mərasimlərin və əyləncəli tədbirlərin keçirilməsi planlaşdırılır. Bu arada Şimali Koreya liderı Kim Çen İn iki həftədən sonra birinci dəfə babası Kim İr Senın şərəfinə keçirilən tədbirlərdə ictimayyyət qarşısına çıxıb. Qeyd edək ki, Kim İr Sen indiki prezident Kim Çen İrin babasıdır və rəsmi olaraq, Şimali Koreya dövlətinin banisi hesab olunur.

OXŞAR XƏBƏRLƏR