Ölkədə yeni doğulan körpələrin sayı azalıb, ölüm halı isə artıb

Ölkədə yeni doğulan körpələrin sayı azalıb, ölüm halı isə artıb
SOSİAL
15:53 14.04.2021
308
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 20 min 984 yeni doğulan körpə qeydə alınıb.

AZXEBER.COM-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edir.

İlin iki ayı ərzində doğulan körpələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 337 nəfər, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 2 416 nəfər azdır.  

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13 min 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Ölkə üzrə 2021-ci ilin yanvar-fevral aylarındakı ölüm halı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 122 və 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 3 090 nəfər çoxdur.
OXŞAR XƏBƏRLƏR