"Ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq"

"Ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq"
SOSİAL
00:02 12.03.2022
372
"Azərbaycan öz xarici siyasətini uzun zamandır geosiyasi və tarixi şəraiti nəzərə alaraq balanslaşdırılmış formada həyata keçirir. Müasir dünyanın ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Azərbaycan da enerji istehsalçısı kimi bu məqamı xarici siyasətdə güclü bir vasitə kimi öz lehinə çevirməyi bacarıb".

AZXEBER.COM xəbər verir ki, bunu "Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməyimiz Azərbaycanın müstəqilliyini möhkəmlətməklə yanaşı xarici siyasətimizə də yeni istiqamət verdi:

" Bu istiqamət əməkdaşlıq və kommunikasiyanın doğru qurulmasıdır. Bəli, məhz doğru yanaşma Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına, qonşu ölkələrlə qarşılıqlı münasibətlərin hüquqi müstəviyə çıxarılmasına və yeni münasibətlər sisteminin formalaşmasına səbəb oldu. Ermənistan ona verilən tarixi şansı növbəti dəfə dəyərləndirə bilmədi. İqtisadi cəhətdən çətin vəziyyətdə olan Ermənistana Zəngəzur dəhlizi hava su kimi lazım idi. Azərbaycanın son addımı Ermənistanın blokadadan çıxma, bölgədəki iqtisadi inkişafdan faydalanmaq imkanını əlindən aldı. Bu gün dünya ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya Ermənistana ciddi iqtisadi zərbə vuracaq. Məhz indiki vəziyyətdə Türkiyə və Azərbaycanla münasibəti yaxşılaşdırmaq imkanını itirmək Ermənistan üçün ciddi problemlər yaradacaq. Azərbaycanın yeni dəhlizi İranla anlaşma şəraitində həyata keçirməsi həm bölgənin enerji təhlükəsizliyi, həm də nəqliyyat kommunikasiya infrastrukturunun inkişafı ilə nəticələnəcək ki, bu da regionda ölkəmizi yenidən fərqləndirəcək. Azərbaycan diplomatiyası baş verən hadisələri anında dəyərləndirib strateji yanaşma nümayiş etdirdi. İndi regionda münasibətlər daha çox Azərbaycanla razılaşdırılmış formada həyata keçiriləcək. Ermənistan isə çoxdan xəyalını qurduğu dəmir yolunu unudub, o qatarın arxasınca baxmalı olacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
16:09 16.07.2025
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
16:07 16.07.2025
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
16:03 16.07.2025
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
Beyləqanda evə basqın edib qadını öldürdülər
15:53 16.07.2025
Beyləqanda evə basqın edib qadını öldürdülər