Buryatiya gözəli naməlum səbəbdən dünyasını dəyişib
Buryatiyada gözəllik müsabiqəsinin qalibinin meyiti tapılıb.
Fotomodel kimi məşhur olan Viktoriya Lıqdenovanın ölümünün səbəbi hələlik məlum deyil. Onun öldüyünü ilk olaraq atası öyrənib. Belə ki, martın 15-də səhər saatlarında atası ona zəng vurub. Lakin Viktoriya Lıqdenovanın telefonu cavab verməyib. Atası evə gələndə qızının meyitini tapıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Cinayət işi açılıb. Qeyd edək ki, Viktoriya Lıqdenova "Buryatiyanın gözəlliyi 2008" müsabiqəsinin qalibi olub. 2009-cu ildə isə həmin müsabiqədə ölkənin ən gözəl qızlarından biri seçilib.(anspress)